...

Bu il ölkədə 4500-dən çox zəlzələ qeydə alınıb - RƏSMİ

Cəmiyyət Materials 14 Dekabr 2023 19:10 (UTC +04:00)
Bu il ölkədə 4500-dən çox zəlzələ qeydə alınıb - RƏSMİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin birgə iclasında Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O qeyd edib ki, Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub.

"Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər)", - deyə Q. Yetirmişli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti