...

Keçmiş məhkumlar oğurluğa görə ƏLƏ KEÇDİ

Cəmiyyət Materials 6 Yanvar 2024 11:46 (UTC +04:00)
Keçmiş məhkumlar oğurluğa görə ƏLƏ KEÇDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti