...

Sərhədi pozmaq istəyən Nefçala sakini ƏLƏ KEÇDİ (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2024 12:45 (UTC +04:00)
Sərhədi pozmaq istəyən Nefçala sakini ƏLƏ KEÇDİ (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dan Trend-ə verilən xəbərə görə, yanvar ayının 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.

Fakt üzrə üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti