Bakı. Trend:
Şirvanda bir ailənin 3 üzvü zəhərlənib.
Trend xəbər verir ki, M.Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Faktla bağlı araşdırma aparılır.