...

Buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq

Cəmiyyət Materials 23 Fevral 2024 17:57 (UTC +04:00)
Buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ilk dəfə olaraq buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq. İştirakçılara imtahanın sonunda sual kitabçalarını özləri ilə aparmağa icazə veriləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

Qeyd edək ki, 2024-cü il martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 3-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti