...

Türkmənistanda “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2024 02:30 (UTC +04:00)
Türkmənistanda “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin təşkilatçılığı ilə Aşqabadın ən prestijli məkanlarından sayılan “Mandarin” restoranında “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Türkmənistanda akkreditə olunmuş bir sıra xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak edib.

Milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunub, Azərbaycan milli musiqi nümunələri səsləndirilib və rəqs nömrələri göstərilib. Həmçinin ölkəmizi tərənnüm edən video-sujetlər nümayiş olunub.

Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənətini səciyyələndirən suvenirlər və Azərbaycan məhsulları nümayiş etdirilib. Tədbirdə Azərbaycanla bağlı müsabiqə keçirilib və qaliblərə ölkəmizlə bağlı hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti