...

Ötən həftə azad edilmiş ərazilərdə daha 139 mina aşkarlanıb

Cəmiyyət Materials 26 Fevral 2024 16:06 (UTC +04:00)
Ötən həftə azad edilmiş ərazilərdə daha 139 mina aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.02.2024 - 25.02.2024) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 95 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 945.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti