...

Sarayda bataqlıq ərazidə naməlum kişi meyiti tapıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Mart 2024 19:55 (UTC +04:00)
Sarayda bataqlıq ərazidə naməlum kişi meyiti tapıldı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

19:25

Baş Prokurorluq Sarayda bataqlıq ərazidə tapılan naməlum kişi meyiti ilə bağlı məlumat yayıb.

Trend-in xəbərinə görə, məlumatda bildirilir ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

"Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti