...

Türkiyədə "Şuşa Mədəniyyət Evi"nin açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2024 23:15 (UTC +04:00)
Türkiyədə "Şuşa Mədəniyyət Evi"nin açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bu gün Türkiyənin Kayseri şəhərinin Talas Bələdiyyəsində yerləşən “Azərbaycan qardaşlıq parkı”nda "Şuşa Mədəniyyət Evi"nin açılış mərasimində iştirak edib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da qatıldığı tədbir çərçivəsində rəsmilər bir sıra maraqlı görüşlər keçiriblər. Kayseri valisi Gökmen Çiçek, Kayseri böyük şəhər bələdiyyə sədri Memduh Büyükkılıç, Talas Belediyye sedri Mustafa Yalçınla baş tutan görüşlər zamanı iki qardaşlaşmış şəhər- Şuşa və Kayseri arasında gələcək əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişlənməsi, qarşıda duran perspektivlər müzakirə edilib.

“Şuşa Mədəniyyət Evi” nin açılış mərasimində çıxış zamanı Aydın Kərimov mədəniyyət beşiyi olan Şuşanın beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilməkdə olan layihələr, eyni zamanda, şəhərdə aparılan bərpa quruculuq işləri barədə məlumatlar verdi. Bununla yanaşı, tədbirin gerçəkləşməsində təşəbbüskar olan və zəhməti keçən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Kayseridəki Azərbaycan İcması və türkiyəli qardaşlarımıza təşəkkürünü bildirdi.

Sonda Şuşamızdan yadigar qalacaq hədiyyələr təqdim edildi, xatirə dəftərinə ürək sözləri yazıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti