Bakı. Trend:
Zəngilanda silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub.
Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.