...

Azərbaycana tütün məmulatının idxalı ilə bağlı yeni şərtlər müəyyən edilir

Cəmiyyət Materials 23 Aprel 2024 12:53 (UTC +04:00)
Azərbaycana tütün məmulatının idxalı ilə bağlı yeni şərtlər müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, şərtlər aşağıdakı kimidir:

- Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

- Vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektinin fəaliyyəti təsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

Bu Qanunla müəyyən edilən qeydiyyat şərtləri (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatının idxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti