...

Qazaxın azad olunan kəndlərinə media nümayəndələrinin səfəri başlayıb

Cəmiyyət Materials 28 May 2024 12:52 (UTC +04:00)
Qazaxın azad olunan kəndlərinə media nümayəndələrinin səfəri başlayıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Qazax. Trend:

Qazaxın 30 ildən sonra işğaldan azad olunan kəndlərinə jurnalistlərin səfəri başlayıb.

Trend xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub.

Səfər çərçivəsində jurnalistlər DSX-nin həmin kəndlərin ərazisində təşkil olunan xidməti barədə məlumatlandırılacaq, eləcə də, azad olunan kəndlərdəki vəziyyətlə yerində tanış olacaqlar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Xəbər lenti

Xəbər lenti