...

İndiydək 73 yayım, 50 operator lisenziyası verilib - Audiovizual Şura

Cəmiyyət Materials 4 İyun 2024 12:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihə üzərində işləyirik. Həmin layihəni həyata keçirəcəyimiz təqdirdə ölkə üzrə 16 sayda radiotezliyin əlçatanlılığı təmin edə biləcəyik.

Trend-in məlumatına görə, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” onlayn media subyektləri ilə keçirilən dəyirmi masada deyib.

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanun qəbul ediləndən sonra mövcud subyektlərin lisenziyalarının yenilənməsi prosesi də daxil olmaqla bugünə kimi 73 yayımçı lisenziyası və 50 operator lisenziyası vermişdir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirib ki, dəyirmi masanın məqsədi onlayn media subyektləri ilə kommunikasiyanın genişləndirilməsi, həmçinin audiovizual media, onun tənzimlənməsi və Şuranın fəaliyyəti ilə bağlı media nümayəndələrinə daha geniş məlumatın çatdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti