...

Xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadıldı

Cəmiyyət Materials 14 İyun 2024 16:01 (UTC +04:00)
Xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək.

Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti