...

Dələduzluqda şübhəli bilinən şəxslər tutuldu

Cəmiyyət Materials 27 İyun 2024 10:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq, hesabına 3935 manat ödətdirdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə müəyyən olunaraq saxlanılıb.

Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Təhmiras Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin 100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Mahmud Həmidli müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti