...

İsti havada su qəbul etmək çox önəmlidir - SN

Cəmiyyət Materials 31 İyul 2024 15:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsti havada su qəbul etmək çox önəmlidir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.

Onun sözlərinə görə, yay aylarında isti hava və insanların fiziki aktivliyinin artmasından dolayı orqanizmin suya olan ehtiyacı artır.

“İstilərin artmasıyla birlikdə, orqanizm daha çox maye itirir və susuzluq riski artır. Yay aylarında maye qəbul etmək vücudun ehtiyaclarına uyğun və davamlı şəkildə planlanmalıdır. Əks təqdirdə Dehidratasiya-orqanizmin susuzlaşması yaranır. Bu zaman insanlarda baş gicəllənməsi, baş ağrısı və halsızlıq kimi əlamətlər görülə bilər”.

N.Məhərrəmov bildirib ki, günlük su qəbul etmə miqdarı adamın yaşına, hərəkətlilik qabiliyyətinə, tərləmə miqdarına və digər faktorlara görə dəyişə bilər:

“Buna görə isti havalarda nə qədər su qəbul etməyimizi bilmək üçün öncə bu faktorlar nəzərə alınmalıdır. İdeal olaraq orqanizmin susuzluq hissi olmadan öncə su içilməlidir”.

Mütəxəssis-ekspert sonda qeyd edib ki, yetkin orqanizm üçün gündə 2-3 litr aralığında su içilməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti