Bakı.Trend:
10 noyabr 2020-ci il tarixindən 31 iyul 2024-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT "Beynəlxalq Avrasiya Mətbuat Fondu" (BAMF) tərəfindən 152 619 hektar ərazi minalardan və PHS-dən təmizlənib.
Trend xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam,Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla yanaşı Şuşa və Xankəndi düşərgələrindən idarə olunur.
Minatəmizləmə əməliyyatları üzrə göstəricilər (10.11.2020 – 31.07.2024)
Piyadalar əleyhinə mina |
32 940 |
Tank əleyhinə mina |
19 956 |
PHS |
73 767 |
Cəmi |
126 663 |