...

Azər İsmayılovun barəsində hökmdən apellyasiya protesti verilib

Cəmiyyət Materials 4 Sentyabr 2024 13:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş Azər İsmayılovun barəsində hökmdən apellyasiya protesti verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, bəzi sosial media səhifələrində İsmayılov Azər Sərhəd oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti