...

Xəzərdə yaradılmış süni torpaq sahəsinin tikintisi üçün şəhərsalma əsaslandırılması tələb olunmayacaq

Cəmiyyət Materials 21 Sentyabr 2024 14:54 (UTC +04:00)
Xəzərdə yaradılmış süni torpaq sahəsinin tikintisi üçün şəhərsalma əsaslandırılması tələb olunmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti