Bakı.Trend:
Bakı şəhərində hazırda 2100 avtobus var.
Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.
O qeyd edib ki, bu rəqəm 2500 olmalıdır.
“Rəqəm heç olmasa 2800 avtobus olmalıdır ki, xidmət göstərən avtobus 2500 olsun. Bu yaxınlarda 160 elektrikli avtobus da gətiriləcək. Bu da çox kömək olacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, artıq Bakıda 29 küçə və prospektdə 85 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.