Bakı. Trend:
ABŞ Konqresinin alt komitəsinin araşdırması nəticəsində məlum olub ki, COVID-19 patogeni Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb.
Trend-in məlumatına görə, bu barədə alt komitənin yekun hesabatında bildirilib.
Yekun hesabata əsasən, araşdırmadan sonra “alt komitəyə virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu məlum olub”.
"Demək olar ki, bütün elmi standartlara görə, əgər onun təbii mənşəli olduğu barədə bir dəlil olsaydı, artıq ortaya çıxacaqdı", - deyə sənəddə bildirilib.
Qeyd edilib ki, məhz Uhanda atipik pnevmoniya ilə mübarizə sahəsində Çinin aparıcı tədqiqat laboratoriyası yerləşir. Bildirilib ki, laboratoriyadakı tədqiqatçılar SARS-CoV-2-yə bənzər bir virusa 2019-cu ilin payızında, yəni qida bazarında aşkar edilməmişdən bir neçə ay əvvəl yoluxmuşdular.