Bakı.Trend
2020-2024-cü illərdə təhsilini davam etdirmək üçün hərbi xidmətdən möhlət alanların sayında 44 faiz artım olub.
Trend xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
"Bundan sonra magistratura təhsilinə cəlb olunanların sayı kəskin artıb. Magistratura və rezidentura bitirənləri müəyyən məbləğlə hərbi xidmətdən azad etsək, bu, silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsinə mane ola bilər", - o qeyd edib.