...

Doğma yurdumuza qayıtmaq bizim ən şad günümüzdür - Rüstəmov Nazim

Cəmiyyət Materials 17 Fevral 2025 07:46 (UTC +04:00)
Doğma yurdumuza qayıtmaq bizim ən şad günümüzdür - Rüstəmov Nazim
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıla qayıtmaq bizim üçün ən şad gündür.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Rüstəmov Nazim deyib.

Onun sözlərinə görə, əzab-əziyyətlər içində, uşaq qucağında tərk etdiyi Cəbrayıla döndüyü üçün çox sevinir.

"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Bizə bu şəraiti yaradan dövlətimizə təşəkkür edirik. Arzumuz budur ki, əmin-amanlıq olsun, övladlarımız şad və firavan yaşasınlar", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti