...

Doğma yurda qayıdış hissi əvəzolunmazdır - Cəbrayıl sakini

Cəmiyyət Materials 17 Fevral 2025 07:58 (UTC +04:00)
Doğma yurda qayıdış hissi əvəzolunmazdır - Cəbrayıl sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma yurdumuz Cəbrayıla qayıtmaq hissi əvəzolunmazdır.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Rüstəmli Rəhminə deyib.

Onun sözlərinə görə, 1 yaşında məcburi şəkildə tərk etdiyi Cəbrayıla indi artıq müəllim kimi qayıdır.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi var eləsin.

Uzun illər həsrətini çəkdiyimiz Cəbrayıla dönmək bizə sevinc və qürur yaşadır", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti