...

Cəbrayılın çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik - Vüqar Verdiyev

Cəmiyyət Materials 17 Fevral 2025 08:25 (UTC +04:00)
Cəbrayılın çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik - Vüqar Verdiyev
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma yurdumuz Cəbrayılın çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Vüqar Verdiyev deyib.

Onun sözlərinə görə, 3 yaşında valideynləri ilə tərk etdiyi Cəbrayıla indi övladları ilə qayıdır.

"Allah Prezidentimizi var eləsin, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Övladlarımız da yurdumuzun inkişafı və abadlığı üçün çalışacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti