...

Yurdumu tapıb ziyarət etmək istəyirəm - Cəbrayıl sakini

Cəmiyyət Materials 17 Fevral 2025 08:27 (UTC +04:00)
Yurdumu tapıb ziyarət etmək istəyirəm - Cəbrayıl sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yurdumu tapıb ziyarət etmək, torpağını öpmək istəyirəm.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Quliyeva Gülüzar deyib.

Q.Gülüzar qeyd edib ki, o, 34 yaşında ağır şəraitdə Cəbrayılı tərk etmək məcburiyyətində qalıb. İndi öz yurduna qayıtdığı üçün sevinir.

"Allah Prezident İlham Əliyevi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti