...

İmtahandan uğurla keçən taksi sürücülərinin sertifikatlarının verilməsinə başlanılıb

Cəmiyyət Materials 20 Fevral 2025 16:06 (UTC +04:00)
İmtahandan uğurla keçən taksi sürücülərinin sertifikatlarının verilməsinə başlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

24 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 24 yanvar 2025-ci il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən korpusundan əldə edə bilərlər.

"Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə etməklə müraciət göndərməlidirlər",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti