...

Paytaxtın üç rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 27 Fevral 2025 09:59 (UTC +04:00)
Paytaxtın üç rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 27.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Trend-ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti