...

Asiya Parlament Assambleyası Qərbi Azərbaycana qayıdışla bağlı dialoq çağırışlarına dəstək ifadə edib - İcma

Cəmiyyət Materials 1 Mart 2025 14:24 (UTC +04:00)
Asiya Parlament Assambleyası Qərbi Azərbaycana qayıdışla bağlı dialoq çağırışlarına dəstək ifadə edib - İcma
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti mühüm uğur əldə edilmişdir. Asiya Parlament Assambleyasının 17-21 fevral 2025-ci il tarixlərində Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə edilib.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, özündə 44 dövlətin parlamentini birləşdirən Asiya Parlament Assambleyasının Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul edilməsinin növbəti mötəbər təsdiqidir.

"Qərbi Azərbaycan İcması yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Azərbaycan Respublikasının Milli Məclisinə və Asiya Parlament Assambleyasının üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edir", - bəyanatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti