Bakı. Trend:
Elnur Rzayev əməliyyat olunan şəhid anasını ziyarət edib.
Trend xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çiləgir kəndində, Vətən Müharibəsi şəhidi İkram Məmmədovun ailəsini ziyarət edib. İcra başçısı bir müddət əvvəl əməliyyat olunan şəhid anası Abdət Məmmədovanın səhhəti və sosial qayğıları ilə maraqlanıb, şəfalarını diləyib.
Şəhid anası öz növbəsində şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.