...

Ötən il ASCO-ya məxsus beş gəmi beynəlxalq sanksiyalara məruz qalıb

Cəmiyyət Materials 7 Yanvar 2026 11:10 (UTC +04:00)
Ötən il ASCO-ya məxsus beş gəmi beynəlxalq sanksiyalara məruz qalıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus iki gəmi və şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahib olduğu üç gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.

Trend xəbər verir ki, bu barədə ASCO-nun illik hesabatında qeyd edilib.

Bildirilib ki, rəhbərlik hüquqi araşdırmaya başlayıb və şirkətin və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apelyasiya müraciəti hazırlayır.

Bu konsolidə edilmiş maliyyə hesabatlarının dərc edildiyi tarixə apelyasiyanın nəticəsi və vaxtı qeyrimüəyyən olaraq qalır.

Sanksiyaların qrupun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə təsiri əhəmiyyətli ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti