Bakı.Trend:
Prezident İlham Əliyevin imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 1455 nömrəli fərmanın icrası bu il də davam edir. Bu fərman vaxtilə torpaq almış vətəndaşlara dövlət vəsaiti hesabına çıxarışların verilməsi ilə bağlı olan məsələləri əhatə edir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.
Qurum rəsmisi qeyri-yaşayış obyektlərinə amnistsiya kimi qəbul edilən 2181 nömrəli fərman haqında da məlumat verib:
“Bu fərmana əsasən, 2025-ci il ərzində 23587 müraciətin icrası təmin edilib. Qeyri -yaşayış obyektləri üzrə yer quruluşu hazırlanaraq elektron sistemə daxil edilib. Bu il sistemə 5260 şəxsin sənədi daxil olub. Bunlardan 4602 nəfərə çıxarış verilib. Digərləri icra mərhələsindədir. Bu fərmana qədər həmin tikililər özbaşına statusunda idilər”.
