Azərbaycan qrossmeysteri Qədir Hüseynov İranda başa çatmış "Lahican-Open" beynəlxalq turnirində ikinci yeri tutub. Trend bildirir ki, Tripolidə keçirilən dünya çempionatının iştirakçısı ilkin mərhələdən müsabiqənin liderləri sırasına daxil olub və son tura bir tur qalmış rəqiblərini 0,5 bal qabaqlayaraq ümumi qələbəyə imza atıb.Amma son turda o, yekunda 9 xal toplamış Rəsul ibrahimovla heç-heçə oynayıb.
Belə bir göstərici ilə Ermənistan nümayəndəsi Benyamin Qalstyan da yarışırdı, Qədir müsabiqədə ona qalib gəlib.
R.İbrahimov, Rəşad Babayev, Rauf Məmmədov və Nicat Məmmədov qalibdən 0,5 xal geri qalıb və sonuncu növbəti qrossmeyster normasını yerinə yetirib.