...

GƏNCLƏR ÜÇÜN İNSAN HÜQUQLARI ÜZRƏ YAY MƏKTƏBİ İŞİNİ YEKUNLAŞDIRIB

Cəmiyyət Materials 16 Sentyabr 2005 17:22 (UTC +04:00)

Sentyabrın 16-da Qəbələ rayonunun Duyma İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (GHB) İsveçin Lund universiteti ilə birgə gənclər üçün Yay Məktəbinin mərasimi öz işini yekunlaşdırıb. Bu barədə Trend agentliyinə GHB-nin mətbuat xidmətindən məlumat verilib.

Mərasimin açılışı sentyabrın 5-ə təsadüf edib. Tədbirdə Gənclər, İdman və Turizm Nazirliynin nümayəndəsi Fuad Əliyev, GHB-nin sədri Nadir Adilov, Lund universitetinin nümayəndəsi Henrik Anderson, Lund universitetinin professoru Karol Novak, BMT QAK-ın Cenevrədəki baş ofisinin hüquq departamentinin rəhbəri Oldrix Andresk insan hüquqlarında dair müxtəlif məruzələrlə çıxış ediblər.

25 gəncin iştirak etdiyi Yay məktəbinin keçirilməsində əsas məqsəd gənclərin insan hüquqları üzrə elmi biliklərinin artırılması OLUB. Yay məktəbinin iştirakçılarına 30 adda insan hüquqları sahəsini özündə əks etdirən hüquq ədəbiyyatı pulsuz verilib.

Yay məktəbində yerli ekspertlərdən hüquq müdafiəçisi Sahib Məmmədov, hüquq elmləri namizədləri Turqay Hüseynov, Firdovski Qasımov, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin hüquqşünası Mahir Səfərli məruzələrlə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti