Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana 2006-2007-ci illər ərzində texniki yardım proqramını reallaşdırmaq məqsədilə 405 min dollarlıq yardım ayırıb. Bu barədə Trend ə Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müvafiq razılaşmanın imzalanması nazir Əli İnsanovun ÜST-nın Avropa regional bürosunun direktoru Mark Danzonla büronun Buxarestdə keçirilən 55-ci sessiyasında imzalayıb.
Sessiyanın gedişində Əli İnsanovun Beynəlxalq Qlobal Fondun rəhbərliyi, bir sıra ölkələrin səhiyyə nazirləri, Dünya Bankının nümayəndələri ilə görüşləri keçirilib. Nazir Əli İnsanov Buxarestdə olduğu müddətdə sessiyada çıxış edib və müzakirə olunan məsələlərə münasibətini bildirib və ölkədə səhiyyə sistemində aparılan islahatlar barədə iştirakçıları məlumatlandırıb.