...

AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ OMBUDSMANI GÜRCÜSTANDA YAŞAYAN HƏMVƏTNLƏRİMİZİN PROBLEMLƏRİ İLƏ TANIŞ EDİB

Cəmiyyət Materials 28 Sentyabr 2005 16:49 (UTC +04:00)

(Praym-Nyus) - Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti millət vəkili Sozar Xubarinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Nümayəndə heyəti sentyabrın 26-27-də azərbaycanlıların yaşadıqları müxtəlif rayonların sakinləri ilə görüşərək onların həyat şəraitləri ilə tanış olub.

Ombudsmanla görüşdə azrbaycanlılara əlavə torpaqların ayrılması və bu torpaqların onların xüsusi mülkiyyətinə verilməsi, Azərbaycan məktəbləri məzunlarının gələcək təhsili, Gürcüstan-Azərbaycan sərhədini keçərkən sərhəd nəzarət prosedurlarının sadələşdirilməsi, Kvemo Kartli regionunun azərbaycanlıların yaşadıqları kəndlərinə elektrik enerjisi və içməli suyun verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Sozar Xubarinin sözlərinə görə, millət vəkilinin aparatı ölkənin Azərbaycan əhalisinin problemlərini daim diqqət mərkəzində saxlayır. Torpaqların paylanması ilə bağlı problemə gəldikdə isə bu, korrupsiya ilə izah olunur, onun etnik məsələlərə heç bir aidiyyatı yoxdur.

Xubari təhsil sistemində aparılacaq islahatlar nəticəsində Gürcüstanda yaşayan azərbaycanlıların və digər etnik qrupların nümayəndələrinin problemlərinin həll olunacağına ümidvar olduğunu bildirib.

Söhbət zamanı vəhabilər məsələsinə də diqqət ayrılıb. N.İbrahimovun sözlərinə görə, bunun Azərbaycan xalqı ilə heç bir bağlılığı olmasa da, Azərbaycan və xalq üçün ciddi çətinliklər yaradır.

Nazim İbrahimov daha əvvəl Gürcüstanın daxili işlər naziri Vano Merabişvili, maarif və elm naziri Aleksandr Lomaya , baş nazir Zurab Qonaideli, parlamentin sədri Nino Burcanadze ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti