Oktyabrın 1-7-də Azərbaycanda ölkənin Səhiyyə Nazirliyi və YUNİSEF-in Bakı nümayəndəliyinin təşkilatçılığı ilə ana südu həftəsi keçiriləcək. Bu barədə Trend ə təşkilat nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən verilən məlumata görə, bu tədbir dünyanın 120 ölkəsində keçirilir və əsas məqsəd ana südü ilə qidalandırmanın bərpası, qadınların fizioloji doğuş və s. haqqında biliklərinin artırılmasından ibarətdir. Həftə çərçivəsində Azərbaycanda tədbirlər silsiləsi keçiriləcək. Belə ki, oktyabrın 1-dən respublika doğum evində və Bakı şəhərinin 7 doğum evində, həmçinin, ölkənin 11 rayonunda maarifləndirmə işləri aparılacaq.
Həftə sentyabrın 4-də Səhiyyə Nazirliyində təşkil olunacaq və səhiyyə və təhsil sistemləri, EİB və digər dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi "dəyirmi masa" ilə başa çatacaq.