...

OMBUDSMAN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN HOSPİTALINDA OLUB

Cəmiyyət Materials 6 Oktyabr 2005 13:00 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Daxili İşlər Nazirliyinin hospitalında olub. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Ombudsman parlament seçkiləri ilə bağlı paytaxtda razılaşdırılmamış aksiyanın qarşısının alınması zamanı zorakılığa məruz qalmış və hazırda hospitalda müalicə olunan polis əməkdaşları ilə görüşüb. Polis nəfərləri qanunsuz aksiyanın qarşısını alarkən zorakılığa məruz qaldıqlarını bildiriblər. Söyləyiblər ki, onlara bədən xəsarətləri aksiya iştirakçılarının əllərində tutduqları qəzetə bükülmüş dəmir parçaları ilə yetirilib.

E.Süleymanova zərərçəkənləri müalicə edən həkimlərlə də görüşüb. Ombudsmana məlumat verilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarına görə hospitala müraciət etmiş polis əməkdaşlarından 24 nəfəri stasionar qəbul edilib. Zərərçəkən ictimai asayiş keşikçilərindən 8 nəfəri isə hospitalda müalicə olunur. Həmin şəxslərin əksəriyyəti hospitala müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanaşı kəllə-beyin travması ilə qəbul olunublar.

Xəbər lenti

Xəbər lenti