...

BAKI TAYKVANDO ÜZRƏ "A" KATEQORİYALI TURNİRİ QƏBUL EDƏCƏK

Cəmiyyət Materials 12 Oktyabr 2005 11:26 (UTC +04:00)

2006-cı ildən etibarən Bakıda taykvando üzrə "A" kateqoriyalı beynəlxalq turnir keçiriləcək.

Milli Federasiyanın birinci vitse-prezidenti Fizuli Musayevin Trend ə bildirdiyi kimi, Azərbaycan və daha 7 ölkə belə nüfuzlu turnir təşki etmək hüququ əldə edib. "Bundan sonra yüksək kateqoriyalı 8 yarış keçiriləcək ki, onların biri də Bakıda təşkil olunacaq. Yeri gəlmişkən, biz post sovet dövlətləri arasında bu turnirin keçiriləcəyi yeganə ölkəyik. Forumun təşkil olunması təşəbbüsü isə Milli Federasiya tərəfindən irəli sürülüb və bu ideyanı taykvando üzrə Avropa İttifaqı dəstəkləyib", - deyə o qeyd edib.

F.Musayev onu da vurğulayıb ki, turnirdə nəinki Avropanın, həm də bütün dünyanın ən güclü idmançıları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti