...

Şain Diniyev klubların qışa hazırlıq planını pozmaq niyyətində deyil

Cəmiyyət Materials 12 Dekabr 2005 13:18 (UTC +04:00)

Azərbaycanın futbol yığmasının baş məşqçisi Şain Diniyev çempionatda klubların qışda fasilə dövründə hazırlıq planını pozmaq niyətində deyil.

Məşqçinin Trend ə bildirdiyi kimi, Milli Çempionatın bir çox oyunçuları xaricdə hazırlıq oyunlarında iştirak edəcək. Buna görə də o, Avropa-2008 çempionatının püşkatma mərasimini nəzərə alaraq yanvarda yoldaşlıq görüşünün keçirilməsini məqsədəuyğun saymır. Ş.Diniyevin fikrincə, bu halda yoxlama oyunlarının keçirilməsinə ehtiyac yoxdur, belə ki, o, lazımi oyunçuları buna cəlb edə bilməyəcək. Yanvarın ortalarında isə "Neftçi" birlik ölkələri Kubokunda iştirak etmək üçün Moskvaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti