...

INTEL Azərbaycanın Təhsil nazirliyinə Bakının bir sıra məktəblərinin kompüterləşdirilməsi ilə bağlı layihə təqdim edəcək

Cəmiyyət Materials 30 Dekabr 2005 13:16 (UTC +04:00)

INTEL dünya şirkəti Azərbaycanın Təhsil nazirliyinə Bakının bir sıra ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi ilə bağlı yeni layihə təqdim edəcək. "Bu barədə Trend ə nazirlikdən bildirilib.

Şirkətin əsas missiyası Azərbaycanın orta ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqindən ibarətdir. Qərbi Avropa ölkələrində analoji layihələr həyata keçirən şirkət bu fəaliyyəti Azərbaycanda da davam etdirmək niyyətindədir.

Şirkət yaxın vaxtlarda Təhsil nazirliyinə bir sıra təkliflər verəcək.

Xəbər lenti

Xəbər lenti