...

Ağası Məmmədovun rinqə qayıdışı təxirə salınıb

Cəmiyyət Materials 10 Fevral 2006 12:29 (UTC +04:00)

Avtomobil qəzasında aldığı zədədən müalicə olunan 2003-cü il boks üzrə dünya çempionu Ağası Məmmədov çox güman ki, Azərbaycan çempionatında iştirak etməyəcək.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, ilyarım bundan əvvəl avtomobil qəzasına düşmüş istedadlı atlet hələlik lazımi formada dneyil. "Ağası məşqlərə yenicə başlayıb və təbii ki, lazımi kondisiyaya çatmaq üçün zaman lazımdır. Milli birinciliyə isə çox az bir vaxt qalıb və məlumdur ki, idmançı orada iştirak edə bilməyəcək", - deyə A.Əbiyev bildirib.

Xəbər lenti

Xəbər lenti