...

Teymur Rəcəbov ilk çıxışını məğlubiyyətlə başa vurub

Cəmiyyət Materials 20 Fevral 2006 12:40 (UTC +04:00)

Teymur Rəcəbov şahmat dünyasında Linares turniri kimi tanınan ənənəvi beynəlxalq şahmat turnirində birinci partiyanı uduzub. Qeyd edək ki, bu il yarışın təşkilatçıları turnirin birinci yarısını Meksikada keçirməyi qərara alıb. Məqsəd bu ölkədə şahmatı geniş yaymaqdır.

Trend in xəbər verdiyi kimi, T.Rəcəbovun rəqibi son zamanlar xeyli irəli getmiş və artıq dünya şahmat elitasına daxil olmuş erməni şahmatçısı L.Aronyan olub. Qara fiqurlarla oynayan şahmatçımız daim ağ fiqurların təzyiqini hiss edib. Oyun L.Aronyanın qələbəsi ilə başa çatıb.

Bu turda rusiyalı P.Svidler dünya çempionu bolqar V.Topalov üzərində gözəl qələbə qazanıb. Həmçinin, macar P.Leko da F.Valyexo-Ponsanı məğlub edib. Yalnız E.Bakro (Fransa) və ukraynalı V.İvançuk arasında görüş heç-heçə başa çatıb.

Xəbər lenti

Xəbər lenti