...

Azərbaycanda Rusiya İli Heydər Əliyev adına sarayda təntənəli konsert proqramı ilə açılacaq

Cəmiyyət Materials 20 Fevral 2006 14:39 (UTC +04:00)

Fevralın 21-də Heydər Əliyev adına sarayda Azərbaycanda Rusiya İlinin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək. AR Mədəniyyət və turizm Nazirliyində Trend ə bildirilib ki, Rusiyanın bir neçə musiqi kollektivi konsertdə iştirak üçün Bakıya gələcək.

Proqramda M.Pyatnitski adına Rusiya Dövlət Akademik xalq xoru, Çaykovski adına beynəlxalq müsabiqənin qalibi Denis Matsuyev, Sankt-Peterburqun "Terem-Kvartet" ansamblı, Sergey Jilinin, Nikolay Baskovun rəhbərliyi ilə caz qrupları və digərlərinin çıxışları vardır. Konsertin aparıcıları Rusiyanın əməkdar incəsənət xadimləri Sergey Şustitski və Marina Devyatova olacaq.

Azərbaycanda Rusiya İli çərçivəsində Bakıda böyük rus bəstəkarı Dmitri Şostakoviçin 100 illiyi münasibətilə festival da keçiriləcək. Festivalda iştirak etmək üçün dünya şöhrətli musiqiçi, violonçelist Mstislav Rostropoviç Bakıya gəlib. Festival Heydər Əliyev Fondu və AR Mədəniyyət və turizm Nazirliyinin himayəsi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti