...

ABŞ komandası Ənvər Çoudrinin Kubokunda iştirak etməyəcək

Cəmiyyət Materials 24 Mart 2006 15:24 (UTC +04:00)

Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Ənvər Çoudrinin şərəfinə keçirilən Kubok üzrə ənənəvi beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan ölkələrin sayı azalıb.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, əvvəlcə Bakıya gəlmək istəyində olduğunu bildirən ABŞ komandası son anda öz planını dəyişib. Buna səbəb isə kollektivin Avropa qitəsinin böyük yarışının gedişində "quş qripi"nə yoluxmaqdan çəkinməkdir. Lakin A.Əbiyev hesab edir ki, ABŞ kollektivinin yarışda iştirak etməməsi yarışda mübarizənin gərginliyi baxımından əhəmiyyətsizdir. "Biz dəfələrlə rəqiblərlə sparrinqlər keçirmişik və onlara iri hesabla məğlub etmişik. Belə ki, istənilən halda okeanını o tayından olan qonaqlar mükafata iddiaçı ola bilməzlər", - deyə o qeyd edib.

Həmçinin, o da məlum olub ki, Çoudri Kubokuna uzaq səfərlər üçün zəruri maliyyə vəsaitinin olmaması üzündən kubalılar da gələ bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti