...

Azərbaycanın Gənclər və İdman Nazirliyində bir sıra yeni sektorlar yaradılacaq

Cəmiyyət Materials 25 Mart 2006 12:36 (UTC +04:00)

Azərbaycanın Gənclər və İdman Nazirliyində bir sıra yeni sektorlar yaradılacaq. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Nazirliyin gənclər siyasəti sahəsində aparacağı struktur islahatları çərçivəsində tələbələrlə iş üzrə xüsusi sektorun yaradılması nəzərdə tutulur. Həmçinin, ölkədə futbolun inkişafı üzrə ayrıca şöbənin yaradılması planlaşdırılır. Bu şöbə həmin sahənin fəaliyyətini tənzimləyəcək.

Nazirliyin planlarına həm də antidopinq sektorunun yaradılması da daxildir.

Nazirlik artıq yeni strukturun və Əsasnaməsinin layihəsini baxılmaq üçün ölkə hökumətinə təqdim edib. Yaxın günlərdə sənədin təsdiqlənməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti