...

Bu gün Azərbaycanda güntutulması müşahidə olunacaq

Cəmiyyət Materials 29 Mart 2006 11:58 (UTC +04:00)

Bu gün Günəş batarkən Braziliyadan başlayaraq Atlantikadan, Şimali Afrikadan, Qafqazın bir hissəsindən, Mərkəzi Asiyadan keçərək Monqolustanın qərbində başa çatacaq tam gün tutulması müşahidə olunacaq. Lakin qismən tutulmanı (o zaman Günəşin üzəri tam tutulmur) hava şəraitindən asılı olaraq Azərbaycan sakinləri də görə biləcəklər. Trend in məlumatına görə, bu barədə Şamaxı Astrofiziki laboratoriyasının rəsmi məlumatında bildirilir.

Gün tutulması Bakıda yerli vaxtla saat 15.11-də başlayacaq. Gün tutlmasının maksimal fazası saat 16.25-də başlayacaq və saat 17.34-də başa çatacaq. "Bu zaman Günəşin üzərini Ayın diski tam deyil, cəmi 85.3 % tutacaq"- deyə məlumatda bildirilir.

Azərbaycanın şimalındakı şəhər və rayonlarda gün tutulması Bakıdakına nisbətən daha çox və yaxşı görünəcək. Buna səbəb tam tutulmanın böyük zolağına nisbətən daha yaxın (130-185 km-ə yaxın endikdə) olması ilə əlaqədardır. Ən maksimal tutulma 4 dəqiqədən azacıq çox davam edəcək. Bu zaman elmi mərkəz əhalini təbiət hadisəsi zamanı baş verə biləcək təhlükənin mümkünlüyü barədə xəbərdar edib. Tutulma zamanı heç bir halda günəşə adi gözlə baxmaq olmaz. Bu, görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bu zaman əl altında tünd rəncli işıq filtrinin olması təkid edilir.

Bundan əlavə, güntutulmasını xüsusi işıq filtrləri olmayan müşahidə borusu, binokl və digər böyüdücü alətlərdən də istifadə etmək olmaz. Bu da güclü göz yanığına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti