Mehman Əzizov Avropa Birliyinin cudo reytinqində (EJU) on üçüncü yeri tutur.
Trend bildirir ki, yeniləşmiş təsnifata əsasən, Afina Olimpiadasının 81 kq-dək çəki dərəcəsində olan atletləri arasında çıxış edən iştirakçısının öz aktivində səksən beş xalı vardır. Mehman Rotterdamda dünya çempionatının bu yaxınlarda keçirilən mərhələsində qazandığı qələbə sayəsində ranqlar cədvəlində xeyli yüksəlib və cudoçuların mövsümünün başlaması nəzərə alınaraq təsnifatda daha da yüksəlmək şansına malikdir.
Eyni zamanda 66 kq-dək çəki dərəcəsində üçqat Avropa çempionu Elçin İsmayılov iyirmi ikinci yerdə qərar tutub. Amma bu il atlet hələ beynəlxalq turnirlərdə iştirak etməyib və şübhəsiz ki, reytinqdə hələ yüksələcək.