...

Azərbaycanlıların Soyqırımı günü ilə bağlı internet aksiyalarına start verilib

Cəmiyyət Materials 31 Mart 2006 15:55 (UTC +04:00)

Martın 31-də - Azərbaycanlıların Soyqırım günü ilə bağlı Azərbaycanda internet aksiyalarına start verilib. Trend bildirir ki, aksiya Azərbaycanın gənclər və idman Nazirliyinin təşəbbüsü və "İrəli" ümumrespublika gənclər hərəkatının iştirakı ilə keçirilir.

Azərbaycan gənclər və idman nazirininmüavini İntiqam Babayev bildirib ki, aksiyanın məqsədi azərbaycanlıların soyqırım faktları barədə dünya ictimaiyyətinə doğru məlumatların verilməsidir. Gənclər hərəkatının üzvləri indidən başlayaraq bir il ərzində tarixi arxiv materialları əsasında soyqırım faktları ilə bağlı müfəssəl məlumatlar yayımlacayaq. Materiallar bütün dünyanın tanınmış siyasətçiləri, ictimai xadimləri, parlamentariləri, senatorları, nüfuzlu şəxsiyyətlərinin e-mail ünvanlarına göndəriləcək.

Tələbə təşkilatları, məktəblilər və digər gənclər təşkilatları da aksiyaya qoşulacaq.

Xəbər lenti

Xəbər lenti