...

Aslan İsmayılov: "Məhkəmə qərarlarının icrası problemi həllini tapana qədər monitorinqimizi davam etdirəcəyik"

Cəmiyyət Materials 6 Aprel 2006 12:17 (UTC +04:00)

"Tolerans" İnsan Haqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycanın rayon məhkəmələrində məhkəmə qərarlarının icrasınına dair monitorinqini davam etdirir. Bu barədə Trend ə "Tolerans"ın sədri, hüquqşünas Aslan İsmayılov məlumat verib.

O bildirib ki, məhkəmə qərarlarının hansı səviyyədə icra edilməsinin araşdırılması davamlı olacaq: "Çünki Azərbaycanda məhkəmə qərarlarının icrası böyük bir problemdir və bu problem həllini tapana qədər monitorinqin aparılması ilə məşğul olacağıq. Rayonlarda monitorinlər keçirəndən sonra yerli məhkəmələrdə aşkar edilmiş qanunsuzluqlar, çatışmazlıqdar barədə həm Ədliyyə Nazirliyinə, həm də həmin bölmələrə arayış göndəririk". A.İsmayılovun sözlərinə görə, bu arayışlar nəticəsində müsbət dəyişikliklər baş verir.

Xəbər lenti

Xəbər lenti